Şabran rayonunun Güləmli kəndi ərazisində qəza hadisəsi
08.12.2012Dekabrın 8-də saat 22.00 radələrində Şabran rayonunun Güləmli kəndi ərazisində, qorunmayan keçiddə, Davud Bayramov "VAZ-21099" markalı avtomaşını idarə edərkən, onu teplovoza vurmuşdur. Nəticədə xəsarət almış D.Bayramov və sərnişini İsmayıl Əlicanov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.