"Akkord Sənaye Tikinti İnvestisiya Korparasiya" ASC-yə məxsus körpü tikinti sahəsindən oğurluq etmiş şəxslər tutulmuşlar
08.12.2012Dekabrın 2-də Binəqədi rayonu ərazisində, Göygöl rayon sakini Ramin Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomaşında uzunluğu 12 və 16 metr olan 155 ədəd armaturu apararkən Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılmış və 5-ci PB-yə aparılmışdır. Araşdırmalar zamanı, armaturların Nərimanov rayonu ərazisindəki "Akkord Sənaye Tikinti İnvestisiya Korparasiya" ASC-yə məxsus körpü tikinti sahəsindən R.Zeynalov, habelə Sumqayıt şəhər sakini Novruz Fərzəliyev, İsmayıllı rayon sakini Nurlan Bünyadov, Bakı şəhər sakini Babək Bağırov və Füzuli rayon sakini İlkin Məmmədov tərəfindən oğurlanması müəyyən edilərək tutulmuşlar.