Sumqayıt şəhəri Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi
06.12.2012Dekabrın 6-da saat 15.00 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində şəhər sakinləri Fərəc Cavadovun idarə etdiyi "VAZ-2106" markalı və Həsənqulu Quliyevin idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış F.Cavadov və sərnişinləri - Sumqayıt şəhər sakinləri Nazənin Məmmədova, Xeyirgül Məmmədova, Elxan Məmmədov və Elyar Məmmədov xəstəxanaya yerləşdirilmişlər. N.Məmmədova orada ölmüş, X.Məmmədovanın və Elxan Məmmədovun vəziyyətləri orta-ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.