Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Astara rayonunun Ərçivan kənd sakini Rəşad Quliyev ölmüşdür
06.12.2012Dekabrın 5-də saat 18.00 radələrində Astara rayonunun Ərçivan kəndi ərazisində kənd sakini Rəşad Quliyevin idarə etdiyi "VAZ-21074" markalı və İran vətəndaşı Karim Said Cəmil oğlunun idarə etdiyi "Samand LX" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Quliyev və Karim Said Cəmil oğlunun sərnişini - İran vətəndaşı Maqsudyan Nazənin Fərəculla qızı xəstəxanaya yerləşdirilmişlər. R.Quliyev orada ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırmalar aparılır.
Astara RPŞ tərəfindən araşdırmalar aparılır.