Avtomaşın qaçırmış Bakı şəhər sakinləri Maqsud Kərimov, Elvin Əmrahov, Elnur Meylamov və Samir Əlizadə tutulmuşlar
06.12.2012Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Akif Həsənova məxsus qaçırılmış "VAZ-2106" markalı avtomaşın noyabrın 15-də R.Rza küçəsində divara vurulmuş vəziyyətdə tapılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakinləri Maqsud Kərimov, Elvin Əmrahov, Elnur Meylamov və Samir Əlizadə tutulmuşlar.