Oğurluq etdiklərinə görə tutulmuş Azər Tağıyevin və Ərzuman Məmmədovun digər cinayət əməlləri müəyyən edilmişdir
07.11.2012Noyabrın 6-da oğurluq etdiklərinə görə tutulmuş Azər Tağıyevin və Ərzuman Məmmədovun ətrafında DİN Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində A.Tağıyevin Nicat Hüseynova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etməsi, Elvin Abbasəliyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırması, habelə onların birgə, Məhərrəm Əhmədova məxsus "VAZ-2104" markalı və Hikmət Ağayevə məxsus "VAZ-2104" markalı avtomaşınları qaçırmaları müəyyən edilmişdir.