Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayon sakini Anar Həsənov aptedən oğurluq edərkən yaxalanmışdır

07.11.2012

Noyabrın 7-də saat 00.34 radələrində Binəqədi rayon 8-ci mikrorayondakı Bəhlulzadə küçəsində yerləşən, vətəndaş Şamo Nuriyevə məxsus "Riyad Farm" MMC-nin aptekindən Binəqədi rayon Mühafizə İdarəsinə daxil olmuş "Həyəcan" siqnalı yoxlanılarkən aptekin arxa tərəfinin dam örtüyünə müdaxilə olunduğu aşkar edilmişdir.
Binəqədi RMİ-nin əməkdaşları mülkiyyət sahibi ilə birgə aptekə baxış keçirərkən stolun altında gizlənmiş Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənovu yaxalayaraq müvafiq araşdırmalar aparılması üçün Binəqədi RPİ-yə təhvil vermişlər.

07.11.2012 tarixinə olan kriminal məlumatlar