Mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Qasımov tutulmuşdur
07.11.2012Noyabrın 7-də Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini Mansur Aslanova məxsus mağazadan 1 ədəd mobil telefon naməlum şəraitdə oğurlanmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Qasımov tutulmuşdur.