Avtomaşından oğurluğa cəhd göstərilmiş Neftçala rayon sakini Ərzuman Məmmədov və Bakı şəhər sakini Azər Tağıyev tutulmuşlar
06.11.2012Noyabrın 6-da Xırdalan şəhərinin ərazisində şəhər sakini Orxan Əhmədova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluğa cəhd göstərilmişdir. Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Neftçala rayon sakini Ərzuman Məmmədov və Bakı şəhər sakini Azər Tağıyev tutulmuşlar.