Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.11.2012Noyabrın 6-da saat 17.00 radələrində Şəmkir rayonu ərazisində Kür qəsəbə sakini Vaqif Hüseynovun idarə etdiyi "VAZ-21104" markalı və Bakı şəhər sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuş, sonradan "VAZ-21074" markalı avtomaşın aşaraq yanmışdır. Nəticədə N.Məmmədovun sərnişini, Bakı şəhər sakini Mətanət Ataşova hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Ədibə Həsənova isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.