Bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş Şəmkir rayon Yeni Yol kənd sakini Əhməd Tağıyev orada ölmüşdür
06.11.2012Noyabrın 6-da saat 11.00 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən Yeni Yol kənd sakini Əhməd Tağıyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şəmkir RPŞ tərəfindən aparılır.