Əvvəllər məhkum olunmuş bir qrup şəxs saxlanıldı
17.10.2012Oktyabrın 18-də axşam saatlarında, əvvəllər məhkum olunmuş, özlərini "kriminal avtoritet" adlandıran bir qrup şəxsin paytaxtın Qaraçuxur qəsəbəsində toplantı keçirəcəyi barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub. Məlumat araşdırılıb və orada göstərilən xüsusatlar öz təsdiqini tapıb. Məhz bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları hadisə yerinə çıxıblar. Keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində toplantıda iştirak edən şəxslər saxlanılıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
Keçirilən əməliyyat zamanı ölən və yaralanan olmayıb.