Oktyabrın 17-də Xızı rayonunda YNH zamanı ölənin və onu vurmuş avtomaşının sürücüsünün şəxsiyyətləri müəyyən edilmişdir
17.10.2012Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oktyabrın 17-də Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti müəyyən edilmişdir. O, Xızı rayon sakini Eyyub Xudaverdiyev olmuşdur. Hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü, rayon sakini Famil İmambaxışov tərəfindən törədilməsi müəyyən edilmişdir.