Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.10.2012Oktyabrın 18-də saat 12.30 radələrində Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində, rayon sakini İlham Abbasovun idarə etdiyi "UAZ" markalı avtomaşınla, qəsəbə sakini Ramazan Rüstəmovun idarə etdiyi "MT" markalı motosiklet toqquşmuşdur. Nəticədə R.Rüstəmov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Ceyhun Ağayev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.