Gün ərzində 38 cinayət faktı qeydə alınmışdır
11.10.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.