Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.10.2012Oktyabrın 12-də saat 10.45 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində, Yevlax şəhər sakini Elxan Qədirovun idarə etdiyi "MAZ-2107" və Tərtər rayon sakini Mirsəməd Müseyibovun idarə etdiyi "MAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Qədirov hadisə yerində ölmüş, xəsarət almış M.Müseyibova və sərnişini Teymur Şirinov isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.