Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.10.2012Oktyabrın 12-də saat 11.50 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakini Valeh Həşimov, Abşeron rayon sakini Neman Ələsgərova məxsus "VAZ-2106" markalı avtomaşını almaq adı ilə sürüb getmiş və onu idarə edərkən, Ələt qəsəbə sakini Raif Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla toqquşmuşdur. V.Həşimov Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Səbail RPİ 8-ci PB-yə gətirilmişdir.