Şahbuz rayonunun Sələsüz kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.10.2012Oktyabrın 9-da saat 12.00 radələrində Şahbuz rayonunun Sələsüz kəndi ərazisində, rayon sakini Vüsal Məmmədovun idarə etdiyi "VAZ-2107" və Naxçıvan şəhər sakini Abuzər Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Məmmədovun sərnişinləri Pərviz Quliyev və Əhəd Məmmədov hadisə yerində ölmüşlər.