İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.10.2012Oktyabrın 9-da saat 12.30 radələrində İsmayıllı rayonu ərazisində, rayon sakini Rüstəm İsmayılov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış R.İsmayılovun sərnişinləri Tərlan Hüseynov, Anar İsmayılov və Mürsəl Daşdəmirov xəstəxanaya yerləşdirilmişlər. A.İsmayılov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.