Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakinləri Ceyhun Kazımov və Elşən Hüseynovun digər cinayət əməlləri müəyyən edilmişdir

08.10.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Şahlar Hacıyevin evindən oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Kazımov və Elşən Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmyerlisi Ramiz Rəcəbovla birgə, avqustun və sentyabr ayları ərzində Elşən Hüseynovun, Ziyad Quliyevin və Rizvan Məmmədovun evlərindən pul, qızıl əşyaları, ev əşyaları, bankomat kartı, 2 ədəd tüfəng və akkumulyator  oğurlamaları da müəyyən edilmişdir. R.Rəcəbov tutulmuşdur.