Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.10.2012Oktyabrın 5-də saat 19.00 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində, şəhər sakini Rövşən Əsədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakinləri Güllər Orucova, Güllər Əmrahova və Məleykə Zəkəriyevanı vurmuşdur. Nəticədə xəsarət almış hər üç piyada xəstəxanaya yerləşdirilmişlər. G.Orucova orada ölmüş, digərilərinin vəziyyətləri isə orta-ağırdır.