Saxta diplomların alışı və satışı ilə məşğul olan dəstə aşkar edilmişdir
04.10.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplomların alışı və satışı ilə məşğul olan Bakı şəhər sakinləri Məhəmməd Şahməmmədovdan, Ceyhun Nəcəfovdan, Azif Hüseynovdan və Şəki rayon sakini Musa Musayevdən Rusiya Federasiyasının və Azərbaycan təhsil müəssisələrinə aid 6 ədəd diplom, saxta diplom alınması üçün 10 ədəd attestat, 2 ədəd şəhadətnamə, 3 ədəd ümumvətəndaş pasportu və digər sənədlər aşkar edilərək götürülmüşdür.