Polis əməkdaşına bıçaqla xəsarət yetirmiş Bərdə rayon sakini Fəxri Quliyev tutulmuşdur
04.10.2012Oktyabrın 5-nə keçən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Hadisə yerinə göndərilmiş sahə müvəkkili, polis kapitanı Zaman Qasımovun və polis serjantı Aqşin Zülfüqarovun qarşısına qəflətən çıxan həmin şəxs bıçaqla Aqşin Zülfüqarova sinə və ayaq nahiyələrindən xəsarətlər yetirmiş, lakin çeviklik və sayıqlıq göstərən polis kapitanı tərəfindən tərksilah edilərək zərərsizləşdirilmişdir.
İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilmişdir.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilmişdir.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.