Qonşusu Faiz Pirməmmədova bıçaqla xəsarət yetirmiş Qusar rayonunun Uğur kənd sakini Fərhad Əşrəfov tutulmuşdur
28.09.2012Sentyabrın 28-də Qusar rayonunun Uğur kəndi ərazisində, kənd sakini Fərhad Əşrəfov münaqişə zəminində qonşusu Faiz Pirməmmədova bıçaqla xəsarət yetirmişdir. F.Əşrəfov Qusar RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.