Hacıqabul rayonunun Qazıqumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.09.2012Sentyabrın 29-da saat 02.10 radələrində Hacıqabul rayonunun Qazıqumlaq kəndi ərazisində, Bakı şəhər sakinləri Fərid Hüseynovun idarə etdiyi "Mitsubishi-Pacero", Mahir Mikayılovun idarə etdiyi "Opel" və Marat Qarifeziyanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Mikayılov və sərnişini hadisə yerində ölmüşlər.