Oğuz rayonunun Kərimli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.09.2012Sentyabrın 29-da saat 11.00 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində, Bakı şəhər sakini Elşən Əliyevin idarə etdiyi "Mercedes" və rayon sakini Namiq Kərimovun idarə etdiyi "VAZ-2101" markalı avtomaşınlar toqquşmuş, sonradan E.Əliyev idarəetməni itirdiyindən avtomaşını ağaca çırpmışdır. Nəticədə E.Əliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - arvadı Natəvan və 2 azyaşlı oğlanları isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.