Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2012Sentyabrın 24-də saat 07.45 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, Hacıqabul şəhər sakini Emin Quliyev "Mercedes E-220" markalı avtomaşını idarə edərkən, yolu keçən qəsəbə sakinləri Maya İbrahimovanı və onun qızı Zinyəti vurmuşdur. Nəticədə M.İbrahimova hadisə yerində, Zinyət isə xəstəxanaya aparılarkən yolda ölmüşlər.