Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2012Sentyabrın 24-də saat 01.30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakinləri Kamran Abutalıbova məxsus "VAZ-2105" və Bəxtiyar Mustafayevə məxsus "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "VAZ-2109" markalı avtomaşının sərnişini Tural Gözəlov hadisə yerində ölmüş, xəsarət almış 5 nəfər isə xəstəxanaya yerləşdirilmişlər.