Gədəbəy rayon Dəyəqarabulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2012Sentyabrın 24-də saat 21.00 radələrində Gədəbəy rayonunun Dəyəqarabulaq kəndi ərazisində, rayon sakini Rafiq Abdullayev "UAZ-365" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinlərin - arvadı Ceyran, həmyerliləri Hafiz Abbasov və Röyal Bağırov xəstəxanaya yerləşdirilmişlər. Ceyran orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.