Mal-qara oğurlamış Sabirabad rayon sakinləri Yaşar İmanov və Məhəmməd İsmayılov tutulmuşlar
23.09.2012Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Şəmsiyyə Həsənovaya, Mirhüseyn Hüseynova və Əsgər Ağamalıyevə məxsus mal-qaranı oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Yaşar İmanov və Məhəmməd İsmayılov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Kürdəmir rayon sakinləri Füzuli Sayılova və Şəmistan Cəfərova məxsus 3 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.