Soyğunçuluq etdiklərinə görə tutulmuş Tural Əlizadənin, Səxavət Orucovun və Akif Manafovun digər cinayət əməlləri müəyyən edilmişdir
11.09.2012Soyğunçuluq etdiklərinə görə sentyabrın 8-də Nəsimi RPİ 19-cu PB və Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən tutulmuş Tural Əlizadənin, Səxavət Orucovun və Akif Manafovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyul və avqust ayları ərzində Gülüm Məmmədseyidovaya, Jalə İbrahimovaya, Nigar Yusifovaya, Cəmilə Lətifovaya, Nisə Fərhadovaya və Yeganə Həsənovaya qarşı zor tətbiq edərək onlardan qızıl boyunbağılarını almaları da müəyyən edilmişdir.