Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2012Sentyabrın 11-də saat 18.30 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müslüm Məmmədov "Moskviç" markalı avtomaşını idarə edərkən həmyerlisi Nadejda Karnauxovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 12-də orada ölmüşdür.