Oğurluq etmiş Bakı şəhər sakinləri Elbrus İsgəndərov, Rəfayel Məlikov və Naməddin İmanov tutulmuşlar
11.09.2012Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də İsrayıl Cəbrayılova məxsus 3 baş qoyunu oğurlamış Bakı şəhər sakinləri Elbrus İsgəndərov, əvvəllər məhkum olunmuşlar Rəfayel Məlikov və Naməddin İmanov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin iyul ayında da İ.Cəbrayılovun həyətindən 1 baş qoyun oğurlamaları müəyyən edilmişdir.