Nəsimi rayonu ərazisindəki mənzillərdən birinin tiryəkxana kimi istifadə olunması müəyyən edilmiş və orada olan şəxslərdən heroin götürülmüşdür
22.08.2012Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilmiş və orada olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulmuşlar. Onlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülmüşdür.