Bərdə rayonunun Zümürxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.08.2012Avqustun 23-də saat 18.20 radələrində Bərdə rayonunun Zümürxan kəndi ərazisində, Tərtər şəhər sakini Alim Mehdiyevin və İmamqulubəyli kənd sakini Baloğlan Musayevin idarə etdikləri "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Musayev orada ölmüşdür.