Oğurluğa görə tutulmuş T.Aşurovun digər şəxslə birgə başqa oğurluq cinayətlərini də törətmələri müəyyən edilmişdir
22.08.2012Oğurluq etdiyinə görə avqustun 22-də Baş Mühafizə İdarəsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuş Taleh Aşurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010, 2011 və 2012-ci illər ərzində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əzimov ilə birgə Aqil Şıxəliyevin, Anar Abbasovun, Samir Əhmədovun, Dilbər Nəsirovanın, Mirayxan Məmmədovun evlərindən, Təranə Kərimovaya məxsus mağazadan, Nüşabə Nəcəfovaya məxsus kafedən və Arif Muxtarova məxsus hamamdan oğurluq etmələri də müəyyən edilmişdir. N.Əzimov tutulmuşdur.