Saatlı rayon sakini N.Kərimovanı zorla qaçırmış şəxslər saxlanılmışlar
06.08.2012Avqustun 7-də saat 10.30 radələrində Şirvan şəhəri ərazisində, ŞPŞ-nin əməkdaşları tərəfindən "VAZ-21074" markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşının sürücüsünün Bakı şəhər sakini Kənan Əliquliyev, sərnişinlərinin isə Bakı şəhər sakini Qüdrət Həsənov, Saatlı rayon sakinləri Nuridə Kərimova və Mürvət Kərimov olmaları müəyyən edilmişdir. Nuridə Kərimova zorla qaçırılmasını bildirmişdir. K.Əliquliyev, Q.Həsənov və M.Kərimov saxlanılmış və Saatlı RPŞ-yə təhvil verilmişdir.