Şirvan şəhəri ərazisində "VAZ-21015" markalı avtomaşınla Ə.Əliyev vurulmuşdur
06.08.2012Avqustun 7-də saat 20.05 radələrində Şirvan şəhəri ərazisində, Hacıqabul rayon sakini Balaqardaş Məlikov "VAZ-21015" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Ələddin Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 8-də orada ölmüşdür.