İyulun 23-də Sumqayıt şəhər sakini Ə.Səfərova məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakinləri A.Tağızadə və A.Məmmədov saxlanılmışlar
06.08.2012Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Ələddin Səfərova məxsus mağazadan 200 manat pul, 1000 manat dəyərində danışıq kartları və tütün məmulatı oğurlamış Bakı şəhər sakinləri Aydın Tağızadə və Anar Məmmədov saxlanılmışlar. A.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 1-də Həmid Nuriyevə məxsus mağazadan ərzaq məhsulları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.