Polis əməkdaşlarına bıçaqla xəsarət yetirmiş Hafiz Abbasovun evindən narkotik vasitələr götürülmüşdür
10.07.2012DİN-in Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Yasamal RPİ 29-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədova və DİN ÇPA-nın əməkdaşı polis serjantı Yusif Rzayevə bıçaqla xəsarət yetirdiyinə görə tutulmuş Hafiz Abbasovun üzərinə baxış zamanı 52,305 qram, evinə baxış zamanı isə 520 qram tiryək və onunla eyni ünvanda yaşayan qardaşı Tərlandan isə 0,507 qram heroin götürülmüşdür.