"Acı Qışlaq" adlandırılan otlaq sahəsindən dana oğurlamaqda şübhəli bilinən C.Dadaşov və H.Nuriyev tutulmuşlar
10.07.2012İyulun 10-da Biləsuvar rayonunun Ovçubərə kəndi ərazisində "VAZ-2106" markalı avtomaşında dana aparılması şübhə doğurduğundan RPŞ əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılarkən sürücüsü düşərək qaçmış, sərnişini, əvvəllər məhkum olunmuş Habil Nuriyev isə avtomaşınla birgə RPŞ-yə gətirilmişdir.
H.Nuriyevin üzərinə baxış zamanı 10,11 qram tiryək, avtomaşında isə 2 ədəd dana aşkar edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının sürücüsü C.Dadaşov tutulmuşdur.
Aparılmış araşdırmalar zamanı danaların Cəbrayıl rayon sakini Heydər Əhmədova məxsus olması və onların "Acı Qışlaq" adlandırılan otlaq sahəsindən C.Dadaşov və H.Nuriyev tərəfindən oğurlanması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.