Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar və Ağsu rayonları ərazisindən qoyun oğurlamaqda təqsirli bilinən 3 nəfər tutulmuşlar

10.07.2012

İyulun 11-də Ucar rayonunun Küçəkənd kəndinin otlaq sahəsindən kənd sakini Akif İbrahimova məxsus 5 baş qoyun "VAZ-2106" markalı avtomaşında oğurlanmış və həmin avtomaşının Ağsu rayonu istiqamətində getməsi müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın Ağsu rayonunun Pirhəsənli kəndi ərazisində Ağsu RPŞ əməkdaşları tərəfindən saxlanılmış və hadisəni törətmiş Şərur rayon sakini Xaliq Məhərrəmov, Ağstafa rayon sakini Seymur İsmayılov və Salyan rayon sakini Azər Əbilov tutulmuşlar.
X.Məhərrəmovun, S.İsmayılovun və A.Əbilovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 9-da Ağsu rayonunun Qaraqoyunlu kəndinin otlaq sahəsindən Şuşa rayon sakini Nizaməddin Qurbanova məxsus 4 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.

10.07.2012 tarixinə olan kriminal məlumatlar