Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2012Mayın 2-də saat 12.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad şəhər sakini Ramil Məmmədov "Mersedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sərnişinləri Gülər Şükürlü, 2012-ci il təvəllüdlü Ruqiyyə Məmmədli, Xəyalə Babayeva və 1 yaşlı Pərvin Babayeva xəstəxanaya yerləşdirilmişlər. Hər iki uşaq orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.