Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2012Mayın 2-də saat 17.40 radələrində Yasamal rayonu ərazisində "İsuzu" markalı avtobusu idarə edən naməlum sürücü onu ağaca vurmuşdur. Nəticədə xəsarət almış sərnişinlər Bakı şəhər sakinləri Almaz Hacıyeva, Mina Əliyeva, Yasəmən Həsənli, Tahirə Hüseynova, onun qızı Günel, Gülnarə Eynullayeva, Salyan rayon sakini Nicat Hüseynov və Sumqayıt şəhər sakini Nərminə Bayramlı xəstəxanaya yerləşdirilmişlər. Onlara tibbi yardım göstərildikdən sonra buraxılmışlar.