Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2012Mayın 2-də saat 00.25 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Mikayıl İsrafilov "Nissan" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Rinad Zahidov və şəxsiyyəti müəyyən edilməmiş 20-25 yaşlı kişi xəstəxanaya yerləşdirilmişlər. Həmin kişi orada ölmüş, sürücünün vəziyyəti ağır, R.Zahidova isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.