Gəncə şəhər sakini Sərxan Hüseynovun avtomaşın qaçırması müəyyən edilmişdir
16.04.2012Aperlin 17-nə keçən gecə Gəncə şəhərində, şəhər sakini Elnur Mehdiyevə məxsus "Daewoo" markalı avtomaşın qaçırılmışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 09.00 radələrində şəhər ərazisində maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılmışdır. Araşdırmalar zamanı hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tərəfindən törədilməsi müəyyən edilmişdir.