Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev tutulmuşlar
16.04.2012Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Mustafa Nəsibova məxsus "VAZ-2107" markalı avtomaşının təkərini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Elnur Cəfərova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofon oğurlamaları müəyyən edilmişdir.