Xətai rayonu ərazisində baş vermiş hadisənin iştirakçısı olmaqda şübəli bilinən Bakı şəhər sakini Sübhan Fərziyev tutulmuşdur
16.04.2012Aprelin 16-da Xətai rayonu ərazisində 3 naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakinləri Emil Abdullayevi və Yusif Əmrahovu döymüş və bıçaqla onlara xəsarət yetirmişlər. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Bakı şəhər sakini Sübhan Fərziyev tutulmuşdur.