Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.03.2012Aprelin 1-də saat 03.45 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Şamil Xəlilov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.