İlahə Nuriyevaya və onun anası Gülşənə xəsarət yetirib hadisə yerindən qaçmış Tural İbrahimov və Şamil Həmidov tutulmuşlar
31.03.2012Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də İlahə Nuriyevaya və onun anası Gülşənə xəsarət yetirib hadisə yerindən qaçmış Tural İbrahimov və Şamil Həmidov tutulmuşlar. Araşdırmalar zamanı T.İbrahimovun hadisə yerində olan İlahənin bacısı Nuranəyə və onun əri Elnur Mehfalıyevə də küt alətlə xəsarət yetirməsi müəyyən edilmişdir.